“Aztelekom” Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb
“Aztelekom” MMC Yevlax şəhərində, Aran qəsəbəsində, Yevlax rayonunun Cırdaxan, İrəvanlı, Hacıselli, Havarlı, Marzılı, Nərimanabad, Duzdağ, Nemətabad, Qoyunbinəsi, Malbinəsi, Kolanı və Aşağı Salamabad kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.