Ağsu rayonunda təsərrüfatların 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC Ağsu rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Belə ki, Ağsu şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 7483 təsərrüfatdan 4119 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.