“Aztelekom” MMC Balakən rayonunu yüksəksürətli internetlə təmin edir
“Aztelekom” MMC Balakən rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 96%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə də şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb və vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Yeni qoşulmalar davam etdirilir.