“Aztelekom” MMC infrastruktur xidmətlərinin tariflərini təkmilləşdirir
“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanının icrasını təmin etmək istiqamətində “Aztelekom” MMC tərəfindən müvafiq işlər görülməkdədir.