Aztelekom
Yüklənir
AZ

Brend işi və reklam üzrə baş mütəxəssis

Dərc olunma tarixi

“Aztelekom” MMC 

Departament-Kommersiya 
Şöbə-Marketinq
Sektor-Reklam və sosial media 
Vəzifə-Baş mütəxəssis 

İş barədə məlumat:

•    Uzunmüddətli strategiya, büdcə planlaması və marketinq planının yaradılması prosesində iştirak etmək;
•    Brend və reklam işləri üzrə komandanı effektiv şəkildə idarə etmək;
•    Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
•    Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
•    Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
•    Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
•    Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
•    Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq;
•    Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
•    İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
•    Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək;

Tələblər:

- Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil;
- Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və  reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir) ;
- İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
- Analiz və təhlil bacarığı;
- Problem həlli bacarıqları;

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Reklam və sosial media, baş mütəxəssis” qeyd etməklə recruitment@aztelekom.az  elektron ünvanına göndərə bilərlər.

Son müraciət tarixi 10.07.2023
 

Axtarış

×