Aztelekom
Yüklənir
AZ

Satınalma şöbəsinin müdiri

Dərc olunma tarixi

Departament: Satınalma və Təchizat
Vakansiya: “Satınalma şöbəsinin müdiri”

Vəzifə öhdəlikləri:

Satınalma şöbəsinin müdiri aşağıdakı vəzifə öhdəliklərini yerinə yetirməlidir:

•    Satınalma planının hazırlanması və gələcəkdə icra edilməsi; effektivliyi və səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün uzunmüddətli hədəfləri təyin etmək, təchizatçılar ilə ünsiyyət qurmaq; 
•    Satınalma üzrə komandanın fəaliyyətini, inkişaf planlarını və qiymətləndirmələrini hazırlamaq, məlumatlandırmaq və idarə etmək;
•    Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət etmək;
•    Satınalma komandası üçün satınalma ilə bağlı təlim proqramlarının hazırlanması və həyata keçirilməsi;
•    Mövcud satınalma siyasətlərini, prosedurlarını və proqramlarını təkmilləşdirmək və ehtiyac olduqda düzəlişlər etmək;
•    Mərkəzləşdirilmiş satınalma proqramını hazırlamaq;
•    Daxil olan sifariş orderlərini (PO) emal edilməsinə nəzarət etmək; tender və təklifləri hazırlamaq; və hər hansı faktura uyğunsuzluqlarını müqayisə etmək.
•    “Aztelekom” MMC-nin bütün struktur bölmələri ilə əməkdaşlıq etməlidir;
•    Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Kvalifikasiya üzrə tələblər və bacarıqlar 

•    Ali  təhsilli;
•    Satınalma sahəsi üzrə 10 il təcrübə; ən azı 3 il rəhbər vəzifəsində olmalı;
•    Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
•    Peşəkar ünsiyyət psixologiyasını bilməli;
•    İşgüzar yazışma əsaslarını bilməli;
•    Analitik düşüncə qabilyyətinə malik olmalı;
•    İşlərin planlaşdırılması və analiz edilməsi;
•    Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalı;
•    Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri; 
•    MS Office proqramlarını mükəmməl bilməlidir; 
•    Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

İş haqqında məlumat:

•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Baş ofis, Bakı şəhəri


Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində “Satınalma şöbəsinin müdiri” vakansiya adını qeyd etməklə recruitment@aztelekom.az elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 20.05.2023.


 

Axtarış

×