Aztelekom
Yüklənir
AZ

İdarəetmə, Risk və Komplayns mütəxəssisi

Dərc olunma tarixi

Departament: İnformasiya Texnologiyaları departamenti
Vakansiya: İnformasiya təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" mütəxəssisi (GRC)

Əsas vəzifə və öhdəliklər:

• İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtib edilməsi; 
• Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması; 
• Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması; 
• İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatlar; 
• Mövcud siyasət prosedur və standartların tətbiq edilməsinə nəzarət.


Tələb və bacarıqlar:                                                                                            
• İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
• ISO27001 standartı üzrə biliklər; 
• İT risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə bacarıqlar; 
• Microsoft Office proqramlarının biliyi;
• İngilis dili upper-intermediate səviyyəsində; 
• İT sistem və şəbəkə üzrə anlayış; 
• Şifahi və yazılı ünsiyyət bacarığı.

İş haqqında məlumat

•    5 günlük iş rejimi
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Baş ofis, Bakı şəhəri


Müvafiq   tələblərə  uyğun  olan namizədlər mövzu  hissəsində “İnformasiya təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" mütəxəssisi (GRC)” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə recruitment@aztelekom.az elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 10.06.2023.

Axtarış

×