“Aztelekom” MMC hazırda baş ofisin Daxili Audit və Təhlükəsizlik DepartamentindəAuditor vəzifəsi üzrə işçi qəbulu elan edir.
İşin qısa təsviri: Ərizə və şikayətlərə baxılması, departament, bölgələrdəki qovşaqlar və digər strukturlarda maliyyə, iqtisadi, hüquq, anbar, kabel təsərrüfatı və digər sahələrdə tam auditin keçirilməsi.
Əsas vəzifə və öhdəlikləri:
Risklərin idarə olunmasını, əməliyyatların effektivliyinin nəzarətini, maliyyə əməliyyatlarının düzgünlüyünü və qaydalara riayət olunmasını nəzərə almaqla, tam audit dövranının icra edir;
Daxili auditinin həcmini müəyyən edir və illik planları tərtib edir;
Mühasibat hesabatlarını, sənədləri, məlumatları təhlil edir;
Daxili adit hesabatları tərtib edir və irəli qələn nəticələrə dair tövsiyələr verir;
Audit komitəsinin işçiləri əlaqələr qurur;
Digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərir;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
Ali Təhsilli;
Daxili Audit sahəsində ən azı 3 illik əmək stajına malik olmalıdır;
Boyük həcmli məlumatların idarə olunması və ətrafli audit hesabatlarının tərtib etmə bacarığına malik olmalıdır;
Daxili Audit Haqqında Azərbaycan Respublikasının Qanunu bilməlidir;
Auditə dair Təlimat və Qaydaları mükəmməl bilməlidir;
Güclü analitiki düşuncəyə malik olmalıdır, detalara dəqiq və diqqətli olmalıdır;
Azərbaycan, dilini mükəmməl bilməlidır;
Stressə davamlı olmalıdır;
Daxili Auditə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
Kompüter bilikləri üzrə: Word, Excel, Outlook PowerPoint proqramlarını mükəmməl bilməlidir;
Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə arzuolunandır;
İşgüzar yazışma əsaslarını bilməlidir;
Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Auditor) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Axtarış
×
Onlayn müraciət
Xidmətlərlə bağlı online müraciət etmək üçün aşağıda qeyd olunan formanı doldurub göndərə bilərsiniz.