“Aztelekom” MMC hazırda baş ofisin Texniki Departamentinə Şəbəkə tikintisi üzrə mühəndis vəzifəsi üzrə işçi qəbulu elan edir.
Struktur Bölmə:
Departament: Texniki;
Şöbə: Əsas şəbəkənin istismarı;
Sektor: Quraşdırma və qəbul.
Əsas vəzifə və öhdəlikləri:
Yeni qaydaların, təlimatların, prosseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
Şəbəkə tikintisinə dair sənədləşməni Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılmasını təmin edir;
Şəbəkə tikintisi üzrə mühəndis quraşdırılması nəzərdə tutulan şəbəkə avadanlıqlarının təsdiq olunmuş layihələrə və texniki şərtlərin verilənlərinə uyğun icrasına nəzarət etməlidir;
Şəbəkə tikintisi üzrə mühəndis Quraşdırma və Qəbul sektoruna aid təlimatda göstərilmiş vəzifələrini vaxtında və keyfiyyətli yerinə yetirir;
Layihə smeta sənədlərinə əsasən şəbəkədə quraşdırılan avadanlıqların texniki normalara uyğun quraşdırılmasına və istismara veriməsi üçün qəbulunu təmin edir.
Şəbəkə tikintisi üzrə mühəndis rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
Rabitə və informasiya texnologiyaları sahəsində Ali texniki təhsil;
Telekommunikasiya avadanlıqlarının tikintisi və quraşdırılması sahəsində ən azı 3 illik peşəkar iş stajı;
Sahasinə aid olan sənədlərin yüksək səviyyədə tərtib etmə bacarıqlarına malik olmalıdır;
Telekommunikasiya şəbəkələrinin tikintisində istifadə olunan mal materialların, avadanlıqların quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını, iş rejimlərini, montaj və funksional sxemlərini bilməlidir;
Tekekommunikasiyada şəbəkələrinin tikintisində istifadə olunan mal materialların və avadanlıqların texnologiyalarını bilməlidir;
Telekommunikasiya şəbəkələrinin layihə smetasını və planını tərtib etməyi bilməlidir.
Azərbaycan dilini mükəmməl bilməlidır, əlavə olaraq rus, ingilis və digər dilləri bilməsi arzu olunandır;
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləməyə bacarmalıdır;
Kompüter bilikləri üzrə: MS Office (word və excel) və Outlook proqramlarını mükəmməl bilməlidir.
Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır.
İŞ ŞƏRAİTİ
Əmək müqaviləsi;
Rəqabətli əmək haqqı;
Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri;
Peşəkar həmfikirlər komandası;
Peşəkar inkişaf və karyera imkanları;
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Şəbəkə tikintisi üzrə mühəndis) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Axtarış
×
Onlayn müraciət
Xidmətlərlə bağlı online müraciət etmək üçün aşağıda qeyd olunan formanı doldurub göndərə bilərsiniz.