“Aztelekom” MMC hazırda Radio Rele Xətt mütəxəssisi vəzifəsi üzrə işçi qəbulu elan edir.
Struktur Bölmə: Texniki departamenti;
Şöbə: Əsas Şəbəkənin İstismar Şöbəsi;
Qrup: Radio Şəbəkəsinin istismarı qrupu.
İşin qısa təsviri:Yüksəklikdə anten qüllələrində işləmək, avadanlıq quraşdırımaq və tənzimləmək. NEC, Fresnel, RTN-910, Ericson, Mikrotik, Ubuquiti, LTE avadanlıqlarının quraşdırılması və istismarı. WIFI baza stansiyalarının montaj işləri. Texniki problemlərin operativ olaraq aradan qaldırılması.
Əsas vəzifə və öhdəlikləri:
Yüksəklikdə anten qüllələrində işləmək qabiliyyəti olmalı;
İstismar olunan avadanlıqlarda qəza siqnallarının kotiqoriyasına uyğun olaraq nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək;
Yerli şəbəkədə istismar olunan radio avadanlıqlarına texniki xidmət göstərilməsinə, dayanaqlı, fasiləsiz və keyfiyyətli işini təmin etmək;
Radio rele xətlərinə və baş vermiş zədələnmələrin aradan qaldırılnasına, uzunmüddətli boşdayanmalara yol verilməməsi üçün tədbirlərin görülməsini təmin edir.
Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:
Rabitə və İnformasiya Texnologiyaları sahəsində ali texniki təhsil;
Radio, simsiz rabitə, kommutasiya sistemlərinin istismarı və digər telekommunikasiya texnologiyaları sahəsində 1 ildən 3 ilə kimi peşəkar iş təcrübəsi olmalıdır;
Şəbəkə istismarında olan radio, simsiz rabitə və digər telekommunikasiya avadanlıqlarının quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını, iş rejimlərini prinsipial, montaj və funksional sxemlərini bilməlidir;
Rabitə kanalları və avadanlıqlarının parametrlərinin ölçülməsində istifadə edilən ölçü cihazlarından istifadə etməyi, ölçmənin prinsip və metodlarını bilməlidir;
Azərbaycan dilini mükəmməl bilməlidır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@aztelekom.az e-ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənın adını “Radio Rele Xətt mütəxəssisi” göstərilməsi xahiş olunur. Əks təqdirdə, həmin müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Axtarış
×
Onlayn müraciət
Xidmətlərlə bağlı online müraciət etmək üçün aşağıda qeyd olunan formanı doldurub göndərə bilərsiniz.