“Aztelekom” MMC hazırda baş ofisdə yerləşən rəhbər strukturların birinə Köməkçi (Assistent) vəzifəsi üzrə işçi qəbulu elan edir.
Əsas vəzifə öhdəlikləri:
Struktur rəhbərinə görüləcək işlər haqqında məlumat vermək və onların icrasını nəzarətdə saxlamaq;
Struktur rəhbərinin iclas və toplantılarını təşkil etmək, iş qrafiki və əsas prioritetləri səmərəli müəyyən etmək;
Struktur rəhbəri ilə digər departamentlər arasında əlaqələri təmin etmək;
Struktur rəhbəri üçün səfərləri, görüşləri və tədbirləri tələb olunduğu qaydada təşkil etmək;
Müddəti bitmiş sənədləri müəyyən qaydada arxivə təhvil vermək;
Hər hansı bir məsələ ilə əlaqədar araşdırmalar aparmaq və nəticələri təqdim etmək;
E-məktubları idarə etmək, təcili məktubların seçilərək müvafiq qaydada cavablandırılmasını təşkil etmək;
Daxili və xarici sənədlərin hazırlanmasında struktur rəhbərini təmin etmək;
Müvafiq sənədlərin kompüterdə orfoqrafik və qrammatik cəhəddən peşəkarcasına hazırlanması, mətnlərin yığılması, tərtibatı, saxlanılması, yoxlanılması, düzəlişlərin edilməsi və təqdimatı;
Müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu təyin edə bilmək;
Struktur rəhbərinin göstəriş və tapşırıqlarına müvafiq olaraq, müəyyən məsələlər üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
Əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək, təhlil etmək və müvafiq struktur bölmələrə ötümək;
Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə struktur rəhbərinə məlumat vermək;
Səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları müvafiq struktur bölmələrindən tələb etmək.
Daxil olan telefon zənglərinin cavablandırılması;
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
Ali təhsil (bakalavr);
Müvafiq sahədə (xüsusi ilə Sənəd dövrüyəsi və kargüzarlıq) ən azı 5 illik iş təcrübəsi;
Yaş həddi: 25 – 35 yaş;
Azərbaycan Respublikasının sənəd dövrüyəsi və kargüzarlıq Qanunvericiliyini mükəmməl bilməlidir;
Kargüzarlığa aid olan sənədlərin tərtib etmə bacarığına malik olmalıdır;
İşgüzar yazışma əsaslarını bilməlidir;
Korporativ İdarəetmə sistemi və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
İT biliklər: MS Office (Vörd, Excel, Power Point), İnternet, Outlook Express peşəkar istifadəçi səviyyəsində bilməli və istifadə etməli;
Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
Komandada işləmək bacarığı;
Analitik düşüncə qabiliyyəti və komandada işləmək bacarığı;
Yüksək Peşəkar ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
İşgüzar, məsuliyyətli və detallara diqqətli olmalı;
Böyük həcmdə iş və stressə davamlı olmalı.
İŞ ŞƏRAİTİ
Əmək müqaviləsi;
Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@aztelekom.az e-ünvanına göndərə bilərlər.
Axtarış
×
Onlayn müraciət
Xidmətlərlə bağlı online müraciət etmək üçün aşağıda qeyd olunan formanı doldurub göndərə bilərsiniz.