Hörmətli abunəçilər, internet sürətinizi artırmaq üçün Wi-Fi şəbəkəsini 5 GHz tezliyinə keçid etməyinizi tövsiyə edirik. Keçid prosesi ilə bağlı addımlar bunlardır:
Addım 1: Wi-Fi siyahısına daxil olun
Telefon və ya kompüterinizin Wi-Fi parametrlərinə giriş edin.
Addım 2: 5 GHz şəbəkəsini seçin
Siyahıda 5 GHz şəbəkə adını (SSID) tapın. (Ad 2.4 GHz-dən fərqli olacaq).
Addım 3: Şifrəni daxil edin
5 GHz şəbəkəsinə qoşulmaq üçün şifrəni daxil edin. (Şifrə 2.4 GHz ilə eynidir).
Addım 4: Qoşulmanı təsdiqləyin
Qoşulduqdan sonra internet əlaqənizi yoxlayın. Beləliklə, yüksək sürət və keyfiyyətli internetdən istifadə etməyə başlayın.
Cihaz Uyğunluğu: Bəzi köhnə cihazlar yalnız 2.4 GHz-i dəstəkləyə bilər. Cihazlarınızın 5 GHz-i dəstəklədiyini yoxlayın.
5 GHz tezliyinə keçid edərək daha sürətli və keyfiyyətli internet əlaqəsindən yararlana bilərsiniz. Aztelekom olaraq müştəri məmnuniyyətinə önəm veririk və internet təcrübənizi daha da yaxşılaşdırmaq üçün mütəmadi olaraq çalışırıq.
Hər hansı bir sualınız və ya çətinliyiniz olarsa, 170 Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz