Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-də ənənəvi qanvermə aksiyası keçirilib

Oktyabrın 31-də "Aztelekom" MMC-nin inzibati binasında Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiya talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədi ilə təşkil edilib.

Keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hemotoloqların nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.

Axtarış

×