Aztelekom
Yüklənir
AZ

“İKT-də Qızlar” Günü

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində imkanlarının genişləndirilməsi məqsədilə təsis olunan Beynəlxalq “İKT-də Qızlar” Günü bu ilin 23 aprelinə təsadüf edir.

Bilik və peşəkarlığın reallaşması üçün iqtisadiyyatın ən perspektivli sahələrindən olan İKT-də xanım mütəxəssislərin sayı az deyil. Hazırda “Aztelekom”da texnoloji proseslərə cavabdeh olan işçi qruplarının tərkibində gənc xanımlar da çalışır.

Bu gün sosial təcrid şəraitində evlərindən onlayn rejimində çalışan qadın əməkdaşlarımızı, həmçinin, bu sahədə fəaliyyət göstərən bütün xanımları “İKT-də Qızlar” Günü münasibəti ilə təbrik edirik!

23.04.2020

Axtarış

×