Aztelekom
Yüklənir
AZ

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

Ölkəmizdə xanımların informasiya texnologiyaları üzrə biliklərinin inkişafı və İKT sahəsinə marağının artırılması məqsədilə “Rəqəmli Qızlar” sosial layihəsi uğurla həyata keçirilir. Layihə çərçivəsində 560 məktəbli və gənc qız rəqəmli texnologiyalar üzrə təlimlərdə iştirak ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təlimçiləri tərəfindən keçirilmiş ikigünlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilib. Həmçinin, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olublar.

Xüsusi karantin rejimi dövründə layihə çərçivəsində onlayn formatda keçirilmiş son təlimlərə Bakı, Zaqatala, Şamaxı, Mingəçevir, Qəbələ, Ağdaş, Şabran və Xırdalan şəhərlərindən məktəbli və gənc qızlar qatılıblar. Layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, layihənin tərəfdaşı olan  " Aztelekom"-dan sözügedən tədbirlərin reallaşması üçün lazımi dəstək göstərilir.

20.06.2020
 

Axtarış

×