Aztelekom
Yüklənir
AZ

Qusar rayonunda yeni elektron ATS istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda  İKT infrastrukturunun təkmilləşdirilməsi, telekommunikasiya xidmətlərinə olan tələbatın təmin olunması üçün bir sıra layihələr həyata keçirir. Bu istiqamətdə aparılan işlər Qusar rayonunda da davam etdirilir.

Belə ki, 2017-ci il ərzində Qusar şəhərində və kəndlərində 485 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 600 nəfər artım qeydə alınıb.

Həyata keçirilən tədbirlər nəticəsində bu gün Qusarın Qayakənd kəndində  80 nömrəlik yeni elektron ATS montaj olunaraq istifadəyə verilib. Elektron ATS-ə Qusar çayının sağ sahilindən uzunluğu 4100 metr fiber-optik kabel çəkilib ki, bunun da 2400 metr hissəsi yeraltı aparılıb.

Bundan başqa, rayon Mərkəzi Elektron ATS-də də, Yeni Həyat, Kuzunqışlaq, İmamqulukənd, Avaran, Kirik, Düztahir, Şirvanovka və Gündüzqala kəndlərində də DSLAM avadanlıqlar montaj olunaraq ümumilikdə 380 ədəd internet port artırılıb. Rayonun Qayakənd kəndində daxili xətt şəbəkəsi yenilənib.

Beləliklə internet keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə şəhər elektron ATS-lərində 7, kənd elektron ATS-lərində isə 31 ədəd müasir JUNİPER avadanlıqlar, Yeni Həyat kəndində çöl tipli müasir 60 nömrəlik elektron şkaf quraşdırılıb.

İnternet keyfiyyətinin yaxşılaşdırılması üçün istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız olan məftillər yeniləri ilə əvəz olunub. 

Şəhər sahəsində ümumilikdə 17 km,  kənd sahəsində isə ümumilikdə 35 km məsafədə xəttlər təmir olunub.

16.02.2018

Axtarış

×