Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC yeni rəqəmsal TV xidmətini təqdim edir

İndi “Aztelekom”un fiber-optik internet xidməti (GPON-Gigabit Passive Optical Networks) üzərindən təmin olunan yeni TV xidməti – Tvin TV-ni əldə edən abunəçilər ümumi 247 TV kanalından 57-ni HD yayım keyfiyyətində izləmək imkanı əldə edəcəklər. Tvin TV-nin heç bir yaddaş kartı olmadan verilişlərin 7 günlük arxivini izləmək və “YouTube”, “Netflix” kimi tətbiqlərdən istifadə etmək kimi üstünlükləri var. 

Qeyd edək ki, Tvin TV ilə adi TV-nizi Smart TV-yə çevirmək imkanı əldə edəcəksiniz. 

“Aztelekom” Tvin TV əldə etmək istəyən abunəçilərinə 3-ü 1-də paketini 27 AZN-ə təqdim edir. Bu paketə telefoniya, 30 mbit/s sürətli GPON texnologiyalı internet və TV xidmətləri daxildir.  

4K keyfiyyəti özündə ehtiva edən xidmətin digər üstünlükləri aşağıdakı kimidir:

Rahatlıq: 
•    24/7 dəstək 
•    valideyn nəzarəti funksionallığı
•    asan istifadə
•    kabellərə və antenlərə ehtiyac yox 

Sərfəli: 
•    12 aylıq güzəştli şərtlərlə pulsuz cihaz və qoşulma 
•    Smart TV-yə xərclənən vəsaitə qənaət 
•    3 xidmət birlikdə daha əlçatan 

Məlumat üçün bildirək ki, rəqəmsal TV xidmətinə yalnız “Aztelekom” və “Baktelecom”un GPON xidməti olan ünvanlardakı abunəçilər qoşula bilərlər. 

Bu paket daxilində 30 mbit/s internet təklif edilsə də, abunəçilər seçim əsasında daha yüksəksürətli fiber-optik internet xidmətləri əldə edə bilərlər. Bu və ya digər xidmətlərə qoşulmaq üçün https://tvintv.az/ saytı vasitəsilə, “TV” sözünü sms ilə 6789 qısa nömrəsinə göndərməklə və ya regional filialların ərazi üzrə xidmət göstərən şöbəsinə  müraciət etmək olar. 
 

Axtarış

×