Aztelekom
Yüklənir
AZ

“Aztelekom”un Aran regional filialında “Heydər Əliyev İli” çərçivəsində tədbir təşkil edilib

16 fevral 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində “Aztelekom” MMC-nin Ağdaş şəhərində yerləşən Aran regional filialında “Heydər Əliyev və İKT sisteminin inkişafı” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, “Aztelekom” MMC-nin Baş direktorunun müşaviri Elnur Allahverdiyev, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Telekommunikasiya Qovşağı ərazi partiya təşkilatının sədri Şahid İbrahimov, “Aztelekom” MMC-nin Aran regional filialının müdiri Rasim Ağayev, həmçinin “Azərpoçt” MMC-nin Ağdaş və Göyçay şöbələrindən rəsmi şəxslər iştirak ediblər.

İclasdan öncə iştirakçılar Ağdaş şəhərinin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə cənab Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi vurğulanıb, Ümummilli liderin rabitə sahəsində əvəzsiz xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxışçılar Ulu öndərin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildiriblər. Qeyd ediblər ki, müasir Azərbaycan Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində uğurlu inkişaf yolundadır.
 

Axtarış

×