Aztelekom
Yüklənir
AZ

“Müştərilərimizi düşünərək” adlı layihəyə start verildi

Regionlarda telekommunikasiya qovşaqlarının əməkdaşları üçün müştəri məmnuniyyətinin qazanılması, qarşıya çıxan problemlərin həlli yolları, xidmətlərin satışının düzgün qurulması və digər mövzularla bağlı görüşlərə başlanılıb.

İlk olaraq Şirvan Telekommunikasiya Qovşağında keçirilən tədbirdə “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov və departamentin mütəxəssisləri, eləcə də Şirvan, Hacıqabul, Saatlı, Sabirabad telekommunikasiya qovşaqlarının rəhbər heyəti iştirak ediblər.

Görüşdə regionlarda telekommunikasiya xidmətlərinin keyfiyyətinin, eləcə də, müştəri məmnuniyyətinin artırılması üçün həyata keçiriləcək tədbirlər, bu istiqamətdə qarşıya qoyulan məqsədlər və problemlərin həlli mövzusunda fikir mübadilələri aparılıb.

Gələcəkdə bu layihə çərçivəsində görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.

22.02.2018

Axtarış

×