Aztelekom
Yüklənir
AZ

Məktəblilər internetdə olan təhlükələrdən müdafiə ilə bağlı maarifləndirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda növbəti seminar keçirib.

Sözügedən  maarifləndirici seminarlar daha əvvəl Şamaxı, Hacıqabul, Sabirabad məktəblərində də təşkil olunub.

İnteraktiv şəkildə aparılan seminarda məktəblilərə internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub.  

Tədbirdə bildirilib ki, “Aztelekom” MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi “informasiyanın filtrlənməsi” rolunu oynayan xidməti sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına neqativ təsir edən veb səhifələr istifadəçilər tərəfindən filtr edilir.

Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytlara   girişə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət  səhifələrə girişi məhdudlaşdırır.

Qeyd edilib ki, bu xidmətdən yalnız azyaşlı uşaqların valideyinləri deyil, eləcə də iş saatlarında effektivliyin artırılması məqsədi ilə hüquqi şəxslər də istifadə edə bilərlər.

Xidmətdən istifadə qaydaları ilə bağlı bildirilib ki, istifadəçi “ağ siyahı” yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda təhlükəli resursları “qara siyahı”ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir.

Həmçinin, istifadəçi istədiyi vaxt filtri deaktivləşdirir. 

Qeyd edək ki, “Aztelekom” MMC bu istiqamətdə tədbirlərin təşkilini davam etdirməyi nəzərdə tutur.

12.06.2018

Axtarış

×