Aztelekom
Yüklənir
AZ

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 29.06.2018-ci il tarixində saat 12:00-da Qusar şəhərində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. 
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Qusar rayonunda                  023 3853157

Quba rayonunda                   023 3355050

Xaçmaz  rayonunda              023 3252218

Şabran rayonunda                023 3532004

Siyəzən  rayonunda              023 3040120

Xızı rayonunda                      023 3150400

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Axtarış

×