Aztelekom
Yüklənir
AZ

"Aztelekom" “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti” mükafatına layıq görülüb

Dekabrın 20-də Caspian Business Award 2018 beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

Dünyanın müxtəlif ölkələrində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu nəticəsində seçilən nominantlardan biri də “Aztelekom”dur. “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti” mükafatı  “Aztelekom” MMC-nin Kommersiya Departamentinin direktoru  Elçin Cabarova təqdim olundu.

Tədbirdə çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və İT texnologiya, maliyyə-kredit sistemi, KİV və s. kimi bir çox sahələrini əhatə edir.

Tədbirdə dövlət qurumları, nazirliklərin rəhbərləri, Milli Məclisin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların əməkdaşları, Caspian European Club-un üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.

20.12.2018

Axtarış

×