Aztelekom
Yüklənir
AZ

“Aztelekom”un internet abunəçilərinin sayı 300 min nəfərə çatdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən regionlarda şəhər və kənd elektron ATS-lərində müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilir, multimedia xidmətlərinin çeşidləri artırılır.

Əhaliyə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində internet və telefon abunəçilərinin sayında ciddi artım müşahidə olunmaqdadır.

Belə ki, “Aztelekom”un intenet abunəçilərinin sayı artıq 300 000 nəfərə çatıb.  300 000-ci internet abunəçisi Lənkəran şəhər sakini Bağırova Günel Ağalar qızıdır. Bu münasibətlə ona  “Aztelekom” tərəfindən hədiyyə olaraq noutbuk və 6 aylıq internetdən pulsuz istifadə sertifikatı təqdim olunub.

Qeyd edək ki, cari il ərzində multimedia xidmətlərinin genişləndirilməsi layihəsinə uyğun olaraq, “Aztelekom” MMC-nin xidməti ərazisində müasir avadanlıqlar quraşdırılmış, genişzolaqlı internet xidmətinin əhatə dairəsi genişləndirilmişdir.

Regionlarda əhalinin telefona və genişzolaqlı sürətli internet xidmətlərinə olan tələbatlarını ödəmək məqsədi ilə bir sıra işlər aparılıb, kompleks tədbirlər görülüb. Yüksək texnologiyalara əsaslanan bu layihələrin həllində, qarşıya qoyulan vəzifələrin icrasında ciddi irəliləyişə nail olunub. Hər bir müştəriyə xüsusi yanaşmanın nəticəsidir ki, ötən illə müqayisədə internet abunəçilərimizin sayı 25 faiz artaraq 300 000 nəfərə çatdı.

Axtarış

×