Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC korporativ müştəriləri və tərəfdaşları ilə görüş keçirib

“Aztelekom” MMC-nin rəhbərliyi və İdarə Heyətinin iştirakı ilə  “Aztelekom”un biznes tərəfdaşları və korporativ müştəriləri üçün  tədbir keçirilib. 

Tədbirin əsas məqsədi korporativ tərəfdaşlarla bir araya gəlmək, həyata keçirilən işləri və gələcək planları müzakirə etmək olub.

Görüşü giriş sözü ilə açan “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev tərəfdaş şirkətlərin nümayəndələrinə dəvəti qəbul etdiklərinə görə təşəkkürünü bildirib.

 “Regionlarda telekommunikasiya infrastrukturunun inkişafı, qarşıya qoyulan hədəflər və hədəflərin reallaşması üçün  həyata keçirilən genişmiqyaslı layihələrin hər biri müştəri yönümlüdür. Hər bir müştərinin önəmli olduğu nəzərə alınaraq  müştəriyə yönəlik yeni yanaşma, yeni strategiya tətbiq edirik ki, bu da öz növbəsində tərəfdaşlarımızın sayının kifayət qədər artmasına gətirib çıxarır. Şirkətdə son illərdə baş verən dəyişiklik və yeniliklər dediklərimi bir daha sübut edir“ – deyə baş direktor bildirib.

Daha sonra, “Aztelekom”un yeni konsepsiyasını özündə əks etdirən və son iki il ərzində əldə olunan nəticələr barədə təqdimat keçirilib.

Sonda  hər bir iştirakçıya hədiyyələr təqdim olunub.   

Yeni strategiya çərçivəsində bu kimi tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

26.12.2018

Axtarış

×