Yüklənir
AZ
  • Onlayn müraciət
  • Onlayn ödəmə
    Telefon
    Internet

    Tackart
  • ŞƏXSİ KABİNET
  • Çağrı mərkəzi

Ən fəal TKQ-lər təltif olundu

“Aztelekom” MMC-də “2018-ci ilin xidmət satışı nəticələri” ilə bağlı telekommunikasiya qovşaqlarının (TKQ) əməkdaşlarının iştirakı ilə toplantı keçirilib.

“Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarovun sədrliyi ilə keçirilən toplantıda 15 TKQ-nin nümayəndəsi iştirak edib, digər TKQ-lər isə videokonfrans vasitəsi ilə müzakirələrə qoşulub.

Tədbirdə ötən il əldə edilən nəticələr diqqətə çatdırılıb, infrastrukturun genişləndirilməsinə dair məsələlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.

Ağstafa, Ağsu, Füzuli, Göyçay, İmişli, Naftalan, Qazax, Qobustan, Saatlı, Şabran, Şamaxı, Şəmkir, Şirvan, Xaçmaz, Xızı rayon telekommunikasiya qovşaqları il ərzində göstərdikləri yüksək nəticələrə görə təşəkkürnamələr ilə təltif olunublar.  

05.02.2019

 

Axtarış

×