Yüklənir
AZ
  • Onlayn müraciət
  • Onlayn ödəmə
    Telefon
    Internet

    Tackart
  • ŞƏXSİ KABİNET
  • Çağrı mərkəzi

Spartakiada çərçivəsində keçirilən voleybol yarışları başa çatıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində voleybol yarışları keçirilib.

Yarışlarda Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Dövlət Dəniz Agentliyi, “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, Məlumat Hesablama Mərkəzi, Dövlət Radiotezliklər İdarəsi, “Teleradio” İstehsalat Birliyi və “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin komandaları iştirak ediblər.

 “Aztelekom” MMC-nin komandası uğurla çıxış edərək birinciliyi əldə edib.

II yerə Dövlət Radiotezliklər İdarəsinin komandası, III yerə “Bakı Telefon Rabitəsi” MMC-nin komandası layiq görülüb.

Qeyd edək ki, idman spartakiadası stolüstü tennis oyunları ilə davam edir.

13.02.2019

Axtarış

×