Aztelekom
Yüklənir
AZ

Bərdədə “Müştəri yönümlü xidmət mədəniyyəti” adlı təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda abunəçilərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədi ilə təşkil edilən təlimləri davam etdirir.

“Aztelekom” MMC-nin Kommersiya departamentinin Müştəri xidmətləri şöbəsinin müdiri Fidan Məmmədova tərəfindən Bərdə Telekommunikasiya Qovşağında “Müştəriyə yönəlik xidmət mədəniyyəti” adlı təlim keçirilib.  Ümumilikdə 26  nəfərin iştirak etdiyi bu təlimdə Bərdə TKQ, Ağdam TKQ, Naftalan TKQ, Tərtər TKQ və Yevlax TKQ-nin müştəri xidmətlərinin əməliyyatçıları, satış şöbələrinin əməkdaşları iştirak ediblər. 

Təlimin əsas mövzuları olan ünsiyyət bacarıqları, xidmət standartları və müştəri məmnuniyyəti barədə müzakirələr aparılıb.

Təlimlərin əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə digər TKQ-lərdə də keçirilməsi planlaşdırılır.

Axtarış

×