Aztelekom
Yüklənir
AZ

Cəlilabad məktəbliləri internetdə olan təhlükələr barədə məlumatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən Cəlilabad rayonunun şəhid Əli Kərimov adına Gülməmmədli kənd orta məktəbində “İnternetdə olan imkanlar və təhlükələr” adlı seminar keçirilib.

Bu layihə kənd yerlərində yaşayan məktəblilərin  internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərinin artırılması üçün nəzərdə tutulub.

Seminar 3 mövzudan ibarət olub.

Seminarda ilk növbədə məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, internetin imkanları və təhlükələri barədə danışılıb.

Tədbirin sonunda seminar iştirakçılarının qeyd olunan mövzular üzrə suallarına cavab verilib.

Xatırladaq ki, bu mövzuda olan seminarlar digər bölgələrdə də həyata keçirilib

26.04.2019

Axtarış

×