Aztelekom
Yüklənir
AZ

Ödənişlərin vaxt məhdudiyyətində dəyişiklik edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə ayliq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü  hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.

Axtarış

×