Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin əməkdaşları sertifikatlara layiq görülüblər

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları 2019-cu ilin I yarımilliyi üzrə “Kadrların inkişafı və qiymətləndirilməsi” proqramı və müvafiq beynəlxalq tədbirlərdə iştirakla bağlı sertifikatlara layiq görülüblər.

Kadrların inkişafını təmin edən proqram “Telekommunikasiya üzrə satış və marketinq”, “Müştəri xidmətləri və ünsiyyət bacarıqları”, “Liderlik”, “İnformasiya texnologiyaları”, “Telekommunikasiya üzrə şəbəkənin qurulması”, “Layihələrin idarəedilməsi”, “Əməyin fiziki təhlükəsizliyi”, “Maliyyə və mühasibatlıq”, “İnsan resurslarının idarəedilməsi” kimi təlimləri əhatə edib.

Qeyd edək ki, “Aztelekom” MMC-nin əməkdaşları ötən ildə də kadrların inkişafı üzrə proqram çərçivəsində  müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirak ediblər.

 

Axtarış

×