“Aztelekom” MMC hazırda Əsas Şəbəkə üzrə mühəndis vəzifəsi üzrə işçi qəbulu elan edir.
Struktur Bölmə: Genişzolaqlı xidmətlər departamenti;
Şöbə: İnternet xidmətləri;
Sektor: Sabit Şəbəkə Xidmətləri Sektoru.
İşin qısa təsviri: Şəbəkədə istismar olunan avadanlıqların konfiqurasiyası, quraşıdırlması, istismarı, texniki profilaktik işlər. Şəbəkənin planlaşdırılması və optimizasiyası.
Sabit şəbəkə avadanlıqlarının istismarını təmin edir;
Sabit Şəbəkənin mürəkkəb nasazlıqlarının aradan qaldırılması və tənzimlənməsində iştirak edir;
Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsinə köməklik göstərir;
Xidmətlərin yaxşılaşdırılmasını,onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
Əsas Şəbəkə avadanlıqlarında cari və əsaslı təmiri təmin edir və proqram təminatının yüklənməsində iştirak edir;
Əsas Şəbəkə avadanlıqlarında profilaktik xidmətləri təşkil edir;
Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq Əsas Şəbəkə avadanlıqlarının işini qurur;
Yeni layihələrin icrasında iştirak edir və həmin layihələrin laboratoriyalarda simulasiya edilməsi işinə dəstək göstərir;
Sabit Şəbəkə avadanlıqlarının program təminatının yenilənməsi işlərinin icra edilməsində dəstək göstərir;
Departamentin yeni texnologiyarının öyrənilməsində və zəruri sertifikatların əldə etməsi istiqamətində çalışır;
Sabit Şəbəkənin analiz olunub optimizasiya olunması işlərinin icra olunması işlərində iştirak edir;
Sabit Şəbəkənin Monitorinq proqramları vasitəsilə gündəlik monitorinqi aparır və xəta aşkar etdiyi zaman Sektor müdirinə və digər Şəbəkə mütəxəsislərini məlumatlandırır və bu xətanın həll edilməsi ücün rəhbərliyin tapşırıqlarına əməl edir;
Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:
Ali Təhsil (bakalavr və maqistr);
Müvafiq beynəlxalq sertifikatlar;
Rabitə və İnformasiya Texnologiyaları sahasində ən azı 3 illik təcrübəsi;
Sabit Şəbəkə sahəsi üzrə azı 1 il əmək stajına malik olmalıdır;
Telekommunikasiya avadanlıqları əməliyyat sistemlərinin işlənməsini bilmək;
Sabit şəbəkə avadanlıqlarının əməliyyat sistemləri ilə iş təcrübəsinə malik olmaq;
Sabit şəbəkə texnologiyalarında protokollarla işləməyi bilməldir;
Mövcud qaydalara uyğun istismara aid olan sənədlərin tərtib etmə bacarığı olmalıdır;
Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı səviyyədə bilmək;
Əsas şəbəkə üzrə: Nəzarət (statistikanın aparılması / Qiymətləndirmə və müqayisə / Problemin araşdırılması və aradan qaldırılması;
IP, MPLS, OSPF, ISIS, BGP, VRRP, STP protokolları barədə baza bilikləri və iş təcrübəsinə malik olmalı;
Kompüter programları: Word, Excel, Power Point, CCNA, Linux OS, İOS/JUNOS OS.
İŞ ŞƏRAİTİ
Əmək müqaviləsi;
Rəqabətli əmək haqqı;
Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri;
Peşəkar həmfikirlər komandası;
Peşəkar inkişaf və karyera imkanları;
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Əsas Şəbəkə üzrə mühəndis) qeyd edin: E-ünvan: hr@aztelekom.az
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Search
×
Online request
In order to apply online for getting information on the services, you can fill in the form below and send it.