Qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
Simsiz şəbəkəsinin optimallaşdırılması layihəsinin hazırlanmasına köməklik göstərir və idarə edilməsini təşkil edir;
Saytda və ya məsafədən idarəetmə xidmət vasitəsi ilə radio şəbəkəsinin optimallaşdırılmasını təmin edir;
Simsiz şəbəkəsinin optimallaşdırılması və şəbəkə performansının saxlanmasını təmin edir;
Səs və məlumat xidmətlərinin optimallaşdırılması, şəbəkənin keyfiyyətinin yaxşılaşdırılması üçün layihənin başa çatdırılmasını təmin edir;
Radio şəbəkəsinin optimallaşdırılması ilə bağlı texniki məsələlərin idarə edilməsi və texniki həllinə cavabdehdir;
Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
Sahədə rabitə vasitələrində ölçülərin aparılmasını və istismar proseslərinin modernləşməsini təmin edir;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:
Ali Təhsil/ Orta Təhsil;
Rabitə və İnformasiya Texnologiyaları sahasində ən azı 3 illik iş təcrubəsi;
Simsiz Şəbəkə sahəsi üzrə azı 1 illik əmək stajı;
Azərbaycan dilini mükəmməl bilməlidır, ingilis və rus dilləri arzuolunandı;
“Simsiz şəbəkə”sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı;
Radio rabitəsi üzrə beynəlxalq norma və standartları, radio vasitələrinin texniki istismarı üzrə normativ sənədləri bilməlidir;
Simsiz rabitə avadanlıqda texniki xidmətlərin göstərilməsi və təmir işlərinin aparılması qaydalarını bilməlidir;
Simsiz rabitə avadanlıqlarının quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, təhkim olunmuş cihaz, avadanlıq, radio sistemlərinin prinsipial, montaj və funksional sxemlərini bilməlidir;
Simsiz rabitə avadanlıqlarının dövri texniki xidmət və avadanlığın cari təmiri üzrə normativləri;
Simsiz rabitə avadanlıqlarda nasazlıqların axtarılıb tapılması və aradan qaldırılması üsullarını bilməlidir;
Antena-dirək və fider qurğuların müayinəsi qaydalarını bilməlidir;
Radiotezliklərin istifadə qaydasını, radioelektron vasitələrin və yüksəktezlikli qurğuların alınma və istismar qaydalarını bilməlidir;
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
Kompüter bilikləri: MS Office (word/excel) və Outlook proqramlarını mükəmməl bilməlidir.
İŞ ŞƏRAİTİ
Əmək müqaviləsi;
Rəqabətli əmək haqqı;
Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri;
Peşəkar həmfikirlər komandası;
Peşəkar inkişaf və karyera imkanları;
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Radio optimizasiya üzrə mühəndis) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Search
×
Online request
In order to apply online for getting information on the services, you can fill in the form below and send it.