Aztelekom
Loading
EN

“Aztelekom” MMC infrastruktur xidmətlərinin tariflərini təkmilləşdirir

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanının icrasını təmin etmək istiqamətində “Aztelekom” MMC tərəfindən müvafiq işlər görülməkdədir.

Bazar iqtisadiyyatı şəraitində mexanizmlərin normal fəaliyyətinə yardımçı olan bütün növ təsisatlar standartlara cavab verməlidir. Telekommunikasiya sahəsinin də başlıca istehsal infrastrukturu olduğunu nəzərə alaraq, “Aztelekom” MMC tərəfindən infrastrukturun müasir dövrün tələblərinə, yeni norma və standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Mövcud infrastrukturun yenidən qurulması və əhatə dairəsinin genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması prosesi çərçivəsində korporativ müştərilərə göstərilən bu cür xidmətlərinin tarifləri 01.09.2022 tarixindən təkmilləşdirilərək dəyişdiriləcək.

Dünyada gündəlik həyatın hərtərəfli rəqəmsallaşdığı bir zamanda müasir infrastrukturun yaradılması bu günün tələbi olmaqla yanaşı, eyni zamanda sosial baxımdan gələcəyə ən vacib investisiyalardan biridir.

İnfrastruktur xidmətləri üzrə yeni tariflər:

Xidmətin adıXidmətin növüYeni tarif (AZN)
Port10 mbit/s 365
 100 mbit/s 495
 1 gbit/s910
 10 gbit/s2270
 100 gbit/s2750 
 DWDM 10 gbit/s2750 
 Trunk 480 
Cüt lifin icarəsi≤ 4 km90
 > 4 km15
KKQ icarəsi (FO)4 - 11 lif150
 12 - 23 lif175
 ≥ 24 lif200
Dirək icarəsi (FO)4 - 11 lif40
 12 - 23 lif45
 ≥ 24 lif50
Avadanlığın yerləşdirilməsi1m³315
Damda antena yerləşdirilməsi 310
Müştəri xəttinin (mis) icarəsi 3.50

 

 

Search

×