Aztelekom
Loading
EN

“Aztelekom” MMC-nin CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsi xidmətləri abunəçilərinin nəzərinə

CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyi nəzərə alınaraq və dünya təcrübəsinə əsaslanaraq xidmət 31 avqust 2022-ci il tarixindən dayandırılacaq. Əlavə olaraq bildiririk ki, “Aztelekom” MMC bu xidmətə alternativ olaraq xidmətin dayandırılması ilə əlaqədar texniki imkanın olduğu bütün hallarda və ərazilərdə CDMA abunəçilərinə telekommunikasiya xidmətləri göstərəcək. Telefoniyaya müraciət etmək üçün istənilən qovşağa müraciət edə və ya əlavə məlumat üçün 170 nömrəsinə zəng edə bilərsiniz. Siz https://aztelekom.az/qoshulmani-yoxla linkinə keçid edərək evinizdə optik texnologiyanın mövcudluğunu yoxlaya bilərsiniz. Optik texnologiyaya yeni qoşulmaq üçün müraciət https://aztelekom.az/az/connect saytı vasitəsilə də həyata keçirilə bilər.

Tarix: 29.07.2022

Search

×