Aztelekom
Loading
EN

“Aztelekom” MMC-də şəhidlərin xatirəsi anılıb

27 sentyabr – Anım Günü münasibətilə “Aztelekom” MMC-nin kollektiviVətən uğrunda canını fəda etmiş qəhrəmanların əziz xatirəsini anıb, inzibati binada quraşdırılmış xatirə lövhəsinin qarşısına əklil qoyub.

Kollektivimiz adından Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiram hissi ilə anır, yaxınlarına səbir diləyirik. Şəhidlərin xatirəsi hər birimiz üçün əzizdir. 

Tarix: 27.09.2022

Search

×