“Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində “Uşaq Hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin 35-ci ildönümünə həsr edilmiş 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı”na qoşulub.
Aylığın keçirilməsinin məqsədi uşaq hüquqlarının müdafiəsi, uşaqlara diqqət və qayğının təşviqi və bu sahədə məlumatlılığın artırılmasıdır.
Şirkətin İnsan resursları departamenti və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsi ziyarət edilib və körpələrə hədiyyələr verilib. Görüş çərçivəsində şirkətin Təlim və inkişaf şöbəsinin müdiri Günel Cəfərova tərəfindən uşaqlar üçün “Uşaq hüquqları və informasiya almaq azadlığı” mövzusunda interaktiv təlim keçirilib.
Qeyd edək ki, bu cür təşəbbüslər uşaqların mənəvi dəstək görməsi, sevildiklərini və unudulmadıqlarını hiss etmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər uşaqların maariflənməsi, xoşbəxtliyinə töhfə verməklə yanaşı, onların gələcəyə ümidlə baxmaları üçün önəm daşıyır.