d
“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC müştəri təcrübələrinin yüksəldilməsi məqsədilə çağrı mərkəzləri vasitəsilə aparılan xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə müraciətlərin ATS, rabitə xidmətləri mərkəzləri və filiallardan çağrı mərkəzlərinə yönləndirilməsi qurum tərəfindən geniş şəkildə təşviq edilir.
Azərbaycanda elektron hökumət quruculuğu sahəsində cari vəziyyət barədə məlumat paylaşımı və beynəlxalq təcrübə mübadiləsini təşkil etmək məqsədilə “Azərbaycanda Elektron Hökumət Sahəsində İnkişaf: Çağırışlar, Əməkdaşlıq və İmkanlar” adlı tədbir təşkil olunub.
"Aztelekom” MMC sentyabr ayından etibarən GPON internet texnologiyası üzərindən şəhid ailələri və müharibə əlilləri üçün 30 Mbit/s və 50 Mbit/s GPON internet paketlərinə müvafiq olaraq 8 manat və 13 manat endirim tətbiq edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etməsindən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.
“Aztelekom” MMC biznes subyektlərinin yüksəksürətli internetə artan tələbatını və istəklərini nəzərə alaraq növbəti ay yeni müştərilər üçün cari tarif paketlərini yenilənmiş tərkibdə təqdim edəcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Cəmiyyətlər) barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair 24.06.2023-cü il tarixli qərar qəbul edilib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə “qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması” hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlər tərəfindən göstərilən data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-yə göstəriş verib və AİBDNX tərəfindən Cəmiyyətlərin hər birinə 16.500 manat maliyyə sanksiyası tətbiq edilib. Qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətindəyik. Belə ki, AİBNDX-nın mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil. Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib. Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib. “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən təqdim edilən xidmətlərə aid qiymətlər mövcud bazar konyukturasına və bazarda eyni xidmətləri təqdim edən digər sabit şəbəkə operatorlarının tətbiq etməkdə olduğu qiymətlərə uyğunlaşdırılaraq təyin edilib. Qeyd olunanlar nəzərə alınmaqla, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş qərarın “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən mübahisələndirilməsi nəzərdə tutulub və bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacaq.
Hörmətli abunəçilər! Son günlərdə bir sıra Rusiya və digər əcnəbi telekanalların xarici yayım siqnallarının ötürmə xətlərində problemlər müşahidə olunur.