Aztelekom
Loading
RU

Hüquqi mübahisələrin tənzimlənməsi üzrə hüquqşünas

Дата публикации

Departament: Hüquq

Vakansiya: Hüquqi mübahisələrin tənzimlənməsi üzrə hüquqşünas
 

Əsas vəzifə və öhdəlikləri:

  • Öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud maddi və prosessual qanunvericiliyinə, eyni zamanda şöbənin daxili prosesinə, Qaydalar və təlimatlarına əsasən və yenilikləri nəzərə almaqla aparmaq;
  • CSəlahiyyətləri çərçivəsində yeni (öz sahəsinə aid) Qaydaların, Proseslərin, Prosesdurların, daxili normativ aktların layihələrinin hazırlanmasında iştirak etmək;
  • Şöbəyə daxil olan ərizə, şikayət və tapşırıqları araşdıraraq, keyfiyyətlə icra etmək;
  • İşəgötürənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.


Kvalifikasiya üzrə tələblər:

  • Ali hüquq təhsilli;
  • Hüquqi mübahisələr sahəsində minimum 1 (bir) il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək;
  • İşgüzar yazışma əsaslarını bilmək;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
  • Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır).
     

Bacarıqlar:

  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • İşin Planlaşdırma bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;
  • MS Office proqramlarını mükəmməl bilmək.


İş haqqında məlumat:

  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Bakı şəhəri


Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində “Hüquqi mübahisələrin tənzimlənməsi üzrə hüquqşünas” vakansiya adını qeyd etməklə recruitment@aztelekom.az elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 28.02.2023

 

 

Поиск

×