Departament: Texniki Departament
Vakansiya: Texniki layihələr üzrə aparıcı mütəxəssis
Əsas vəzifə və öhdəlikləri:
• Telekommunikasiya qurğularının təlimatlara uyğun eskiz və işçi layihələrini işləmək
• Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib etmək;
• Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərini kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirmək;
• Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
• Obyektin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, lahiyələndirmə üçün tapşırıqları icra etmək, obyektin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması;
• Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişiklikləri etmək;
• Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planını hazırlamaq, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq və illik hesabatları tərtib etmək.
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin monitorinqinin aparılması;
• Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; Smeta hazırlanması
• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
• Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
• Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq/Dizayn hissəsinin (bölməsinin) işlənib hazırlanması;
• Şirkətə tələb olunan prezentasiya sənədlərini dizayn görüşünün hazırlanması və toplanması.
• Sahədə təmir işlərinin icrasına nəzarət
• Təmir-tikinti işlərinin icrasının layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, və digər normativ sənədlərə uyğun təşkili
• Sahədə təmir və quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət
• Memarlıq və şəhərsalma üzrə konseptual layihələrdə iştirak etmək;
• Memarlıq üzrə fərqli növ araşdırmalarda iştirak etmək
Kvalifikasiya üzrə tələblər:
• Müasir tikinti norma və qaydalarını bilməli (AzDTN qaydaları əsasında);
• İşçi layihə işləmə təcrübəsi olmalı;
Bacarıqlar:
• AutoCAD, SketchUp, ArcMap, GİS, Google Earth pro
İş haqqında məlumat:
• Ezamiyyə imkanları (zəruri hallarda)
• 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
• iş vaxtı: 09:00 - 18:00
• iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Texniki layihələr üzrə aparıcı mütəxəssis” vakansiya adını, CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 12.05.2023.