Aztelekom
Loading
RU

Radio-baza və Transmissiya üzrə mühəndis

Дата публикации

Departament: İnformasiya Texnologiyaları Departamenti
Şöbə: Genişzolaqlı Xidmətlər Şöbəsi
Vakansiya: Radio-baza və Transmissiya üzrə mühəndis

Əsas vəzifə və öhdəlikləri:

•    Radio-baza və Transmissiya üzrə mühəndis fəaliyətini, “Simsiz Şəbəkə avadanlıqlarının konfigurasiyaları, istismarı və optimizasiyaları təlimatına”, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla  aparır;
•    Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
•    Radio-baza stansiyalarında , simsiz texnologiya avadanlıqlarında yaranmış nasazlıqların operativ sürətdə aradan qaldırılmasını təmin edir;
•    Radio-baza stansiyalarında texniki-istismar prosesləri təmin edir;
•    Antena-fider sistemlərin quraşdırılmasına köməklik göstərir və  baza stansiya blokların yığılmasını təmin edir;
•    Radio-baza stansiyalarının cari və əsaslı təmirini aparır;
•    Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
•    Yeni avadanlığın quraşdırılmasında və vaxtında istismara verilməsində iştirak edir;
•    Sahədə rabitə vasitələrində ölçülərin aparılmasına və istismar proseslərinin modernləşməsinə köməklik göstərir;
•    Radio rabitə vasitələrinin və ölçü vasitələrinin texniki istismar qaydalarına riayət edilməsinə, elektrik avadanlığı, qoruyucu torpağabirləşmələrin mühafizəsinin yoxlanılmasını həyata keçirir;
•    Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq radiorabitə, cihaz və avadanlığın, simsiz şəbəkəsinin stansiya qurğularının təmir olunmasını təmin edir;
•    Departamentin digər struktur  bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
•    İş yükü artiq olduğu zaman və bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Departamentin digər struktur  bölmələrinin işinə dəstək olur;


Kvalifikasiya üzrə tələblər və bacarıqlar:

•    Ali  Təhsili;
•    Simsiz Şəbəkə sahəsi üzrə azı 1 il əmək stajı;
•    Sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı;
•    Radio rabitəsi üzrə beynəlxalq norma və standartları, radio vasitələrinin texniki istismarı üzrə normativ sənədləri;
•    Təhkim olunmuş avadanlıqda texniki xidmətlərin göstərilməsi və təmir işlərinin aparılması qaydalarını;
•    Radio-baza stansiyalarının quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, təhkim olunmuş cihaz, avadanlıq, radio sistemlərinin prinsipial, montaj və funksional sxemlərini;
•    Radio-baza stansiyalarının dövri texniki xidmət və avadanlığın cari təmiri üzrə normativləri;
•    Radio-baza stansiyalarının nasazlıqların axtarılıb tapılması və aradan qaldırılması metod və üsullarını;
•    Antena-dirək və fider qurğuların müayinəsi qaydalarını;
•    Radiotezliklərin istifadə qaydasını, radioelektron vasitələrin və yüksəktezlikli qurğuların alınma və istismar qaydalarını;
•    Azərbaycan dilini mükəmməl bilməlidir (İngilis  və Rus dillərini arzuolunandır);
•    Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
•    Kompyuter programlarını mükəmməl bilməlidir;
•    İşgüzar yazışma əsaslarını bilməlidir;
•    Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.


İş haqqında məlumat:

•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Bakı şəhəri

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində “Radio-baza və Transmissiya üzrə mühəndis” vakansiya adını, CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə  recruitment@aztelekom.az elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 10.05.2023.

Поиск

×