Departament: Satınalma və Təchizat
Vakansiya: “Satınalma şöbəsinin müdiri”
Vəzifə öhdəlikləri:
Satınalma şöbəsinin müdiri aşağıdakı vəzifə öhdəliklərini yerinə yetirməlidir:
• Satınalma planının hazırlanması və gələcəkdə icra edilməsi; effektivliyi və səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün uzunmüddətli hədəfləri təyin etmək, təchizatçılar ilə ünsiyyət qurmaq;
• Satınalma üzrə komandanın fəaliyyətini, inkişaf planlarını və qiymətləndirmələrini hazırlamaq, məlumatlandırmaq və idarə etmək;
• Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət etmək;
• Satınalma komandası üçün satınalma ilə bağlı təlim proqramlarının hazırlanması və həyata keçirilməsi;
• Mövcud satınalma siyasətlərini, prosedurlarını və proqramlarını təkmilləşdirmək və ehtiyac olduqda düzəlişlər etmək;
• Mərkəzləşdirilmiş satınalma proqramını hazırlamaq;
• Daxil olan sifariş orderlərini (PO) emal edilməsinə nəzarət etmək; tender və təklifləri hazırlamaq; və hər hansı faktura uyğunsuzluqlarını müqayisə etmək.
• “Aztelekom” MMC-nin bütün struktur bölmələri ilə əməkdaşlıq etməlidir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Kvalifikasiya üzrə tələblər və bacarıqlar
• Ali təhsilli;
• Satınalma sahəsi üzrə 10 il təcrübə; ən azı 3 il rəhbər vəzifəsində olmalı;
• Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
• Peşəkar ünsiyyət psixologiyasını bilməli;
• İşgüzar yazışma əsaslarını bilməli;
• Analitik düşüncə qabilyyətinə malik olmalı;
• İşlərin planlaşdırılması və analiz edilməsi;
• Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalı;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
• MS Office proqramlarını mükəmməl bilməlidir;
• Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
İş haqqında məlumat:
• 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
• iş vaxtı: 09:00 - 18:00
• iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma şöbəsinin müdiri” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 20.05.2023.