Satınalma üzrə mütəxəssis aşağıdakı vəzifə öhdəliklərini yerinə yetirməlidir:
Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
Sifarişlərin hazırlanması və nəzarətdə saxlanılması;
Qiymətlərin araşdırılması və müqayisə olunması;
Bilik səviyyəsini artırmaq məqsədi ilə daimi üzərində çalışmalıdır;
“Aztelekom” MMC-nin bütün struktur bölmələri ilə əməkdaşlıq etməlidir;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Kvalifikasiya üzrə tələblər
Satınalma üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
Ali təhsilli;
Sahəsi üzrə 1 il əmək stajına malik olmalı;
Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
Peşəkar ünsiyyət psixologiyasını bilməli;
İşgüzar yazışma əsaslarını bilməli;
Analitik düşüncə qabilyyətinə malik olmalıdır;
İşlərin planlaşdırılması və analizi;
Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
MS Office proqramlarını mükəmməl bilməlidir;
Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə recruitment@aztelekom.az elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.