Aztelekom
Loading
RU

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır və internetin sürəti artırılır

İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək. Abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.

Məlumat üçün bildirək ki, 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid almış müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var. Xidmət istifadəçiləri sözügedən tariflərə keçmək üçün aşağıda sadalanan kanallar üzərindən müraciət edərək daha tez seçim edə bilərlər:

https://aztelekom.az/change

Telekommunikasiya Qovşağı (region üzrə)

“170” Çağrı mərkəzi

Qeyd edək ki, GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.

Поиск

×