Aztelekom
Loading
RU

“Aztelekom”da “Heydər Əliyev İli” çərçivəsində tədbir təşkil edilib

"Heydər Əliyev İli" çərçivəsində Aztelekom” MMC-də Yeni Azərbaycan Partiyasının “Aztelekom” MMC ərazi partiya təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə YAP İdarə heyətinin üzvü, millət vəkili Anar İskəndərov, YAP-ın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və “Aztelekom”un rəhbər heyəti iştirak edib.

İclasdan öncə iştirakçılar Ulu öndərin inzibati binada yerləşən büstü önünə əklil və güllər qoyublar.

Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi xüsusilə vurğulanaraq Ümummilli liderin rabitə sahəsində əvəzsiz xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxışçılar Ulu öndərin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildiriblər. Qeyd edilib ki, müasir Azərbaycan Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində uğurlu inkişaf yolundadır.

Daha sonra “Aztelekom”da YAP-ın ərazi partiya təşkilatına yeni rəhbərin seçilməsi üzrə səsvermə keçirilib və qurumun baş direktorunun müşaviri Elnur Allahverdiyev yekdilliklə rəhbər seçilib.

Поиск

×