Aztelekom
Loading
RU

“Aztelekom” onlayn platformalar üzərindən 24000 sorğu emal edib

“Aztelekom” MMC müştəriyə fokuslanan xidmət siyasəti həyata keçirərək təqdim edilən xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Müştərilərin rahatlığını və məmnunluğunu təmin etmək üçün müraciətlərin Avtomat Telefon Stansiyası (ATS) və filiallardan Çağrı Mərkəzi ilə yanaşı, müxtəlif onlayn platformalara yönləndirilməsi geniş şəkildə təşviq edilir. Görülən işlərin nəticəsi olaraq, cari ilin ilk rübündə qurumun saytı, müvafiq sosial şəbəkə hesabları və aztelekom@aztelekom.az elektron poçt ünvanı vasitəsilə daxil olan 24000-dən çox sorğu emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83% çoxdur.

 

Həmçinin şirkətin 24/7 rejimində fəaliyyət göstərən “170” Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin ilk rübü ərzində 240 minə yaxın zəng emal edilib. Bu da ötən ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 35% çoxdur.

Qeyd edək ki, “Aztelekom” dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşıdır.

“Onlayn Azərbaycan” layihəsinin icra edildiyi 2021 – 2023-cü illərdə 1 milyon 689 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb ki, bunun da 1,1 milyonu 2023-cü ildə əhatə edilib.

2017 – 2024-cü illərdə Azərbaycanda ümumilikdə 2,16 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 74%-ni təşkil edir.

Ölkəmizin genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlardakı göstəricisi əvvəlki aylarda olduğu kimi, müsbət dinamika ilə davam edir.

Belə ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın mart ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 38,32 Mbit/s-i keçib. Bu, illik sürətin 38% artımı deməkdir.

Поиск

×