Aztelekom
Loading
RU

"Aztelekom" MMC-nin göstərdiyi xidmətlərdə fasilələr meydana gəlməsi ilə bağlı rəsmi açıqlama

08 iyun tarixində saat 18:40-dan etibarən “Aztelekom” MMC-nin tabeliyindəki Yevlax Data Mərkəzində hava şəraiti ilə bağlı yaranmış texniki problemlə əlaqədar olaraq bir qrup abunəçinin telekommunikasiya xidmətləri ilə təmin edilməsində fasilələr meydana gəlmişdir.
Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində bütün imkanlar dərhal səfərbər edilərək, zəruri tədbirlər həyata keçirilir.
Mümkün ən qısa müddətdə telekommunikasiya xidmətləri tam olaraq bərpa ediləcək.
Abunəçilərdən bu müddət ərzində xidmətlərdə yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.
Həmçinin texniki problemlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.

Поиск

×