Aztelekom
Loading
RU

“Aztelekom” MMC-nin 55 yaşdan yuxarı əməkdaşları üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı ilə “Aztelekom” MMC-nin baş ofisinin 55 yaşdan yuxarı əməkdaşları üçün iyunun 5-i, 7-si və 11-də “SilverCyber55+” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi 55 yaşdan yuxarı işçilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi olub.


İştirakçılara kibergigiyena qaydaları, internetdən, sosial şəbəkələrdən təhlükəsiz istifadə, fərdi məlumatların qorunması, fişinq hücumları, o cümlədən onlayn ödənişlərə dair təhlükəsizlik tələbləri barədə geniş məlumat verilib.

Поиск

×