Aztelekom
Loading
RU

“Aztelekom” MMC Qobustan rayonunun 98%-ni yüksəksürətli internetlə əhatə edib

“Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Qobustan rayonunda sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib, GPON texnologiyası əsasında layihələndirmə işləri həyata keçirilib.

 

Qobustan rayonunun 98%-i yüksəksürətli internetlə əhatə olunub. Hazırda rayon üzrə ümumilikdə 6000-ə yaxın ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

 

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (100 Mbit/s-dən 250 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 25 AZN-dən 44 AZN-dək dəyişir.

 

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (Qobustan şöbəsinə – ünvan: Qobustan şəhəri M.Ə. Sabir küçəsi 27, tel.: 202 45 01 21), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

 

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

 

2024-cü ilin 8 ayı ərzində Azərbaycanda 0.98 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə ölkədə 2,9 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 13 dəfə artaraq 97%-ə yüksəlib.

Поиск

×