Aztelekom
Loading
EN

“Aztelekom” MMC təcrübə proqramını davam etdirir

“Aztelekom” MMC təhsilin inkişafına dəstək məqsədilə istehsalat təcrübə proqramını davam etdirir.

Belə ki, ali və orta ixtisas təhsil müəssisələrinin sonuncu kurs tələbələri hər il olduğu kimi, bu il də fevral ayından etibarən “Aztelekom” MMC-nin struktur bölmələrində, həmçinin region filiallarında istehsalat təcrübə proqramında iştirak edirlər.

Təcrübə proqramı 279 nəfəri əhatə edir və iyul ayına kimi davam edəcək.

Search

×