Aztelekom
Loading
RU

“Aztelekom” MMC genişzolaqlı internet xidmətlərini daim inkişaf etdirir

Daima əlçatanlığı və sərfəliliyi artıran xidmət və məhsullarını inkişaf etdirən “Aztelekom” MMC müştərilərə dəyərli xidmət və sərfəli məhsul təqdim edir.

Şirkət cari ilin iyun ayından etibarən GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətinin 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətinin isə 60 Mbit/s-ə qədər artırılmasına qərar verib. Bu, ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qorunması məqsədilə həyata keçirilir. Sözügedən yenilik nəticəsində müştərilərimiz üçün daha sürətli internet əlçatan olacaq.

Qeyd edək ki, “Aztelekom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşlarındandır.

Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Layihənin icra edildiyi 2021 – 2023-cü illərdə 1 milyon 689 min təsərrüfatın genişzolaqlı internetə çıxış imkanı yaradılıb ki, bunun da 1,1 milyonu 2023-cü ili əhatə edir.

Azərbaycanda ümumilikdə 2,16 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu da ölkədə olan təsərrüfatların 74%-ni təşkil edir. Bakı şəhərində isə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 86,5%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Поиск

×